İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskiyə BÖYÜK ŞOK - Ukrayna liderini belə protest etdilər - FOTOLAR

Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin 400-cü günündə Avstriya Milli Assambleyasının xüsusi iclasında videokonfrans vasitəsilə çıxış edib.

Musavat.com xəbər verir ki, Zelenski danışmağa başlayanda ifrat sağçı Avstriya Azadlıq Partiyasının (FPO) deputatları ayağa qalxaraq zalı tərk ediblər.

Zalı tərk edən deputatlar masalarının üzərində “bitərəflik məkanı” və “sülh məkanı” sözləri yazılmış plakatlar qoyublar. FPO deputatları Zelenskinin müraciətinin Avstriyanın neytral mövqeyini sarsıtdığını bildiriblər.

64257c117af5073ae86476d8 (1).jpg (97 KB)

Zelenski isə yanvar ayında baş verən vertolyot qəzasında bədənlərində yanıqlar olan ukraynalıların Vyana, Linz və Qrazdakı xəstəxanalarda müalicə aldığını xatırladıb və Avstriyaya təşəkkür edib.

“Baş nazir cənab Nehammer və Avstriya hökumətinin bu cür yardım təklifi dəstəyin mühüm əlaməti idi. Biz Ukraynada hər bir həyatı qiymətləndiririk və insanları xilas etməkdə bizə kömək edənlərə minnətdar olmağı bacarırıq" - Ukrayna lideri deyib.

64257c1b7af5073ae86476db.jpg (103 KB)

Zelenski qərəzsizliyin mənəvi deyil, hərbi və geosiyasi olduğunu vurğulayıb.

Qeyd edək ki, FPO deputatları əvvəlcədən Zelenskinin çıxışına etiraz edəcəklərini açıqlamışdı. FPO lideri Herbert Kickl dünən verdiyi açıqlamada deyib: "Təəssüf ki, FPO parlamentdə daimi bitərəfliyimizə ciddi yanaşan və buna görə də sülhü müdafiə edən yeganə partiyadır".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR