İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskinin "Oskar" mərasimindəki çıxışına icazə verilmədi - SƏBƏB

Amerika Kino Akademiyası Ukrayna prezidenti Vladimir Zelenskinin Oskar mərasimindəki müraciətini göstərməkdən imtina edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Variety” jurnalı məlumat yayıb.

Juranlın xəbərinə görə, mükafatın təşkilatçıları bununla bağlı Kiyevə ikinci dəfə rədd cavabı verib.

Zelenskinin administrasiyası prezidentin mərasimdə çıxış etmək istəyini rəsmən açıqlamayıb. Ukrayna prezidentinin müraciəti Kann, Venesiya və Berlin kinofestivallarında və Qızıl Qlobus Mükafatlarında nümayiş olunub.

Jurnalın yazdığına görə, keçən il mükafatlandırma mərasiminin prodüseri Uill Paker Zelenskinin çıxışına qarşı çıxıb. O, Ukraynadakı müharibənin ağdərililər arasında getdiyi üçün Hollivudun ona daha çox diqqət yetirdiyini, lakin dünyada baş verən digər münaqişələrə məhəl qoymadığını bildirib.

2023-cü ilin “Oskar” mərasimi martın 13-nə təyin edilib. Bu, 95-ci mərasim olacaq, mükafat 23 kateqoriya üzrə təqdim olunacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR