Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Tərtərdə toyuna hazırlaşan 21 yaşlı qız faciəvi şəkildə ölüb. 2003-cü il təvəllüdlü rayon sakini Arzu İlqar qızı Niftalıyeva yaşadıqları binanın dördüncü mərtəbəsində paltar sərərkən müvazinətini itirərək hündürlükdən yıxılıb. O, Mingəçevir Şəhər Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Musavat.com shownews.az-a istinadən xəbər verir ki, vəfat edən 21 yaşlı qızın nişanlısı duyğulandıran paylaşım edib:
"Arzum qısa müddətdə səni gəlinliklə qarşımda görmək istəyirdim. Daha öz əllərimlə ağ kəfəndə məzara qoymağı deyil. 6 ildir əllərimin içində saxladım səni. Amma Allah səni məndən aldı. Təsəlli almağa heç nə tapa bilmirəm. Şəkillərinə baxa-baxa içim yanır. Üzümün nuru, gözümün işığı, ay parçam..."
Qeyd edək ki, 2003-cü il təvəllüdlü rayon sakini Arzu İlqar qızı Niftalıyeva yaşadıqları binanın dördüncü mərtəbəsində paltar sərərkən müvazinətini itirərək hündürlükdən yıxılıb. O, Mingəçevir Şəhər Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ