Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Tolyatti şəhərində dəhşətli qətl hadisəsi baş verib.
“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, şəhərin Liza Çaykina küçəsindəki mənzilin eyvanında boyun və bədən nahiyəsində bıçaq xəsarətləri olan 2 və 5 yaşlı qızların meyitləri tapılıb.
İlkin məlumata görə, azyaşlılar 13 yaşlı ögey bacıları tərəfindən öldürülüb. Qətldə şübhəli bilinən qız saxlanılıb.
Bildirilir ki, öldürülən körpələrin anası qızlara baxmaq üçün böyük qızını evdə qoyub. Qətldən sonra məktəbli parka gəzintiyə çıxıb və polis onu orada tapıb. O, telefonla anasına cinayəti etiraf edib.
Rusiya Federasiyasının İstintaq Komitəsi qətllə bağlı cinayət işi açıb.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ