İnsanlara hürriyət, millətlərə istiqlal!

"Trendyol" Azərbaycanda illik satışları 1 milyard dollara çatdıracaq

"2028-ci ilədək Azərbaycanda illik satış həcmini 1 milyard dollara, müştəri sayını 3 milyon nəfərə çatdırmağı hədəfləyirik".

Musavat.com xəbər verir ki, bunu Türkiyənin məşhur onlayn satış platforması olan "Trendyol"un sahibi "Trendyol Group"un baş icraçı direktoru Erdem İnan Bakı ofisinin açılışı zamanı deyib.

Baş direktorun sözlərinə görə, "Trendyol"un Azərbaycanda fəaliyyətə başladığı 1.5 il ərzində 2 milyon müştəriyə 2 milyard dollarlıq məhsul satılıb. Müştərilərin 90 faizi Bakı və Abşeronda, qalanı regionlardadır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR