İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən Trampın qalmaqallı vədinə təpki: Bayden istəsəydi...

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ lideri Co Baydenin Ukraynanı itirmək bahasına müharibəni “beş dəqiqəyə” bitirə biləcəyini deyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Ukrayna lideri “ABC News”a müsahibəsində ABŞ-ın keçmiş prezidenti Donald Trampın “seçkidə qalib gələrsəm, müharibəyə 24 saat ərzində son qoyacam” sözlərini şərh edib.

“Müharibəyə son qoymaq istəyi çox gözəldir. Amma bu arzu hansısa real təcrübəyə əsaslanmalıdır. Deyəsən, Donald Trampın gündə o 24 saatı var idi. Biz müharibədə idik, tam müharibə yox, amma yenə də bir şəkildə müharibədə idik və güman edirəm ki, onun bunun qarşısını almağa vaxtı da var idi. Amma görünür, cənab Trampın başqa prioritetləri olub”,-deyə Zelenski bildirib.

“Əgər biz müharibəni Ukraynanı itirmək, yəni bizi ərazilərimizdən imtinaya məcbur etmək bahasına başa vurmaqdan danışırıqsa, o zaman Bayden əslində onu beş dəqiqəyə də həll edə bilər. Amma biz bununla razılaşmayacağıq”, - deyə prezident vurğulayıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR