İnsanlara hürriyət, millətlərə istiqlal!

Rosatom Akkuyu AES-in 49 faizini satışa çıxarıb

Rusiyanın Rosatom dövlət korporasiyası Türkiyədə inşa etməkdə olduğu Akkuyu AES layihəsində 49 faizlik payınıa satmaq üçün alıcı axtarır.

Musavat.com TASS-a istinadən xəbər verir ki, korporasiya belə bir halın mümkünlüyü layihənin həyata keçirilməsinə dair 2010-cu ildə bağlanmış hökumətlərarası sazişdə nəzərdə tutulduğunu açıqlayıb: "Akkuyu AES layihəsində 49 faizlik payın satılması mümkünlüyü layihənin həyata keçirilməsinə dair 2010-cu ildə bağlanmış hökumətlərarası sazişdə nəzərdə tutulub. Danışıqlar prosesi davam edir, biz potensial tərəfdaşlarla, o cümlədən türk şirkətləri ilə imkanları müzakirə edirik. Eyni hökumətlərarası sazişin şərtlərinə görə, potensial tərəfdaşların Türkiyə tərəfi ilə razılaşdırılması tələb olunur".

Bloomberg daha əvvəl Akkuyu Nuklear (Rosatom müəssisəsi) direktorlar şurasının sədri Anton Dedusenkoya istinadən xəbər vermişdi ki, Rosatom Türkiyədə inşa etdiyi 25 milyard dollarlıq elektrik stansiyasının 49 faizini türk və xarici investorlara satmaq üçün danışıqlar aparır. Agentlik yazır: "Layihə xarici bankların ABŞ-ın sanksiylarından qorxduğu üçün gecikmələr və maliyyə problemləri ilə üzləşib, eyni zamanda alternativ ödəniş üsulları, o cümlədən təbii qazın mübadilə tədarükü araşdırılır".

Obyektdə 4,8 giqavat gücündə olan birinci blok hazırda sınaqdan keçirilir və onun 2026-cı ildə elektrik enerjisi istehsal etməyə başlaması gözlənilir. Dedusenko deyib ki, elektrik enerjisi istehsal edən birinci enerji blokunun istismara verilməsi müddəti yaxınlaşdıqca, daha çox investor stansiya ilə maraqlanır.

Qeyd edək ki, 2018-ci ildə Türkiyə şirkətlərindən ibarət konsorsium - Cengiz Holding AS, Kolin Insaat Turizm Sanayi ve Ticaret AS və Kalyon İnşaat Sənaye və Ticarət A.Ş. kommersiya şərtlərini razılaşdıra bilmədiklərini əsas gətirərək sövdələşmədən çıxdıqdan sonra payı satmaq cəhdi uğursuzluqla nəticələnib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2025

01 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR