Onlayn ictimai-siyasi qəzet
ABŞ Senatı prezident Donald Trampın administrasiyasının təşəbbüsü ilə hazırlanmış və vergilərin azaldılmasını, borc tavanının artırılmasını nəzərdə tutan dövlət xərcləri haqqında qanun layihəsini qəbul edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, sənədi 50 qanunverici dəstəkləyib, eyni sayda senator isə əleyhinə səs verib. Yuxarı palatada fikirlər bərabər bölündüyü üçün ABŞ-ın vitse-prezidenti J.D.Vens səsvermə hüququndan istifadə edib. ABŞ Konstitusiyasına görə o, Konqresin yuxarı palatasına rəhbərlik edir. Beləliklə, ABŞ-ın yeni büdcə qanunu cəmi 1 səs üstünlüyü ilə qəbul edilib.
Trampın “böyük və gözəl qanun layihəsi” adlandırdığı sənəd bəzi sahələrdə vergilərin və dövlət xərclərinin əhəmiyyətli dərəcədə azaldılmasını nəzərdə tutur. Eyni zamanda o, müdafiə xərclərinin artırılmasını, xüsusən də “Qızıl Qübbə” raketdən müdafiə sisteminin yaradılmasını nəzərdə tutur. Bundan əlavə, o, sərhəd nəzarətinin gücləndirilməsi ilə bağlı tədbirləri ehtiva edir, həmçinin bu sahədə xərclərin artırılmasını ehtiva edir.
Milyarder İlon Mask qəti şəkildə büdcə layihəsinin əleyhinə çıxıb, onun qəbul ediləcəyi təqdirdə ABŞ-da yeni siyasi partiya yaradacağını bəyan edib. Tramp isə ona biznesini sataraq Afrikaya qayıtmağı məsləhət görüb.
Musavat.com
02 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ