Onlayn ictimai-siyasi qəzet
"Kreml döyüş meydanındakı vəziyyəti şərh etmir. Müdafiə Nazirliyi xüsusi hərbi əməliyyatın təfərrüatları barədə məlumat vermək səlahiyyətinə malikdir".
Musavat.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna prezidenti Volodimir Zelenskinin Belqorod vilayətində Ukrayna birləşmələrinin olması ilə bağlı açıqlamalarını şərh edərkən deyib.
Zelenski Rusiyanın Kursk və Belqorod vilayətlərində Ukrayna birləşmələrinin fəaliyyətini açıqlama verib. Xatırladaq ki, ötən ilin avqustunda Ukrayna ordusu Rusiyanın Kursk vilayətinə daxil olaraq 1000 kvadrat kilometrdən çox ərazini nəzarətə götürüblər. Rusiya Silahlı Qüvvələri hazırda Ukrayna Silahlı Qüvvələrinin Kurskda nəzarətə götürdüyü ərazinin 86%-dən çoxunu geri qaytarıb və Ukraynanın Sumı vilayətinə daxil olub. Rusiya ordusu Kursk vilayətinin Quevo yaşayış məntəqəsini azad edib.
"Ali Baş Komandan Aleksandr Sırski Kursk vilayətindəki və Belqorod vilayətindəki mövcudluğumuzla bağlı ayrıca məlumat verdi. Biz düşmən ərazisində sərhəd bölgələrində aktiv əməliyyatlar aparmağa davam edirik. Bu, tamamilə ədalətlidir. Müharibə başladığı yerə qayıtmalıdır. Əsas məqsəd, əvvəllər olduğu kimi, torpaqlarımızı mümkün qədər qorumaqdır", - Zelenski qeyd edib.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu professor Qabil Hüseynli ilə gündəmi müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ