Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp bildirib ki, onun imzaladığı “qarşılıqlı tariflər” avqustun 7-də gecə yarısı (Bakı vaxtı ilə saat 08:00-da) qüvvəyə minib.
Musavat.com xəbər verir ki, bu barədə o, “Truth Social” platformasında yazıb.
"Tariflər gecə yarısı qüvvəyə minir", – deyə Tramp bildirib.
Ağ Ev rəhbərinin sözlərinə görə, yeni idxal rüsumları ABŞ iqtisadiyyatına müsbət təsir göstərəcək və illərdir ticarət əlaqələrində Vaşinqtondan sui-istifadə edən ölkələrdən "milyardlarla dollar" vəsaitin cəlb olunmasına imkan yaradacaq.
Qeyd edək ki, avqustun 1-də Tramp tərəfindən imzalanmış sərəncamla 60-dan çox ölkə və Avropa İttifaqından idxal olunan məhsullara 15%-dən 41%-ə qədər tariflər tətbiq olunacaq. Ən yüksək tariflər Suriyaya (41%), Laosa (40%), Myanmaya (40%), İsveçrəyə (39%), İraqa və Serbiyaya (hər ikisinə 35%) şamil edilib.
Musavat.com
07 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ