İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Sumqayıt qatarı gecikir – Bu səbəbə görə...

Bu gün səhər saatlarında Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət etməli olan qatarın qrafikdən kənara çıxması sərnişinlərin narahatlığına səbəb olub.

Musavat.com xəbər verir ki, 09:15-də yola düşməsi planlaşdırılan elektrik qatarı təxminən yarım saat gecikmə ilə hərəkət edəcək. Bu barədə məlumatı stansiya əməkdaşları veriblər.

Əməkdaşların bildirdiyinə görə, gecikməyə səbəb Keşlə stansiyası ərazisində dəmir yol xəttində aparılan təmir-bərpa işləridir. Hazırda sahədə işlər davam etdirilir və sərnişinlərə səbrli olmaları tövsiyə olunur.

Qeyd edək ki, Bakı-Sumqayıt sərnişin qatarları gündəlik olaraq minlərlə vətəndaşın nəqliyyat ehtiyacını qarşılayır. Bu cür gecikmələr isə xüsusilə səhər saatlarında sərnişin sıxlığının artmasına səbəb olur.

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən Musavat.com-a bildirilib ki, gecikmələr Bakı–Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədardır. Bu gündən etibarən Abşeron dairəvi dəmir yolu marşrutu və rayonlararası istiqamətlər üzrə qatarların hərəkətində qısamüddətli gecikmələr olacaq: "Sərnişinlərdən yarana biləcək müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edirik”.

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR