Onlayn ictimai-siyasi qəzet
Tehran nüvə potensialını bərpa etməyə çalışarsa, ABŞ İranı yenidən vura bilər.
Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə deyib.
Onun sözlərinə görə, İranın nüvə silahı əldə etməsinin qarşısını almaqla Yaxın Şərqdə müharibələri dayandırıblar: "Onlar hər şeyə yenidən başlayacaqlarını deyə bilərlər, lakin bu, onlar üçün çox təhlükəli addım olardı, çünki biz geri dönəcəyik.
Onlar başlayan kimi biz geri dönəcəyik. Və düşünürəm ki, onlar bunu başa düşürlər".
Musavat.com
10 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ