İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Ukraynadakı kilsələrdən danışdı: "Rusiyanın təsiri altındakı dini dairələr..."

Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasının nəticələrindən danışıb. 

Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti xüsusilə, Ukraynanın mənəvi müstəqilliyinin təmin edilməli olduğunu qeyd edib. 

Zelenski bildirib ki, Milli Təhlükəsizlik və Müdafiə Şurası hökumətə Rusiya Federasiyasındakı təsir mərkəzlərinə bağlı dini qurumların Ukraynada fəaliyyətini qeyri-mümkün etmək üçün Ali Radaya qanun layihəsi təqdim etməyi tapşırıb.

Söhbət son vaxtlar Ukrayna Təhlükəsizlik Xidmətinin yoxlamalar apardığı Ukrayna pravoslav kilsəsindən gedir. 

Ukrayna Prezidenti bildirib ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında “Ukraynadakı ayrı-ayrı dini dairələr ilə işğalçı dövlət arasında əlaqələrin faktları” barədə danışılıb.

Eyni zamanda o əlavə edib ki, Ukraynada elə şərait yaratmaq lazımdır ki, işğalçı dövlətdən asılı olan hər hansı fiqurun ukraynalıları manipulyasiya etmək və Ukraynanı daxildən zəiflətmək imkanı olmasın. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR