İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail ordusu Qəzza zolağında onlarla silahlını zərərsizləşdirib

İsrail ordusu Qəzza zolağında onlarla silahlını zərərsizləşdirib.

Bu barədə ordunun mətbuat xidməti xəbər yayıb.

Qeyd edilir ki, hücum İsrailin "Qəzza zolağı boyu" əməliyyatı çərçivəsində baş tutub.

Son 24 saat ərzində anklavın şimal hissəsindəki Cebaliya qaçqın düşərgəsi ərazisində əməliyyat zamanı 20-dən çox silahlı öldürülüb. Bununla yanaşı, Qəzzanın cənubundakı Rəfahda hərbçilərə qarşı hücuma keçməyə cəhd edən bir neçə silahlı da zərərsizləşdirilib.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Nəticədə aralarında qocalar, qadınlar, uşaqlar da olmaqla 200-dən çox insan girov götürülüb. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.\\"Report"

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR