İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski üçün Türkiyə çətiri - FOTO

Ukrayna Prezidenti Volodimir Zelenskinin Ankaraya səfəri dünya mediasının diqqqətindədir.

Azərbaycan mediası və təhlilçiləri də bu səfəri diqqətlə izləməkdədirlər.

Siyasi təhlilçi Asif Nərimanlı qeyd edir ki, Türkiyə mediası Zelenskinin Ankara görüşləri ilə bağlı yayımladığı fotoya “Ukrayna üçün Türkiyə çətiri” başlığı verib və bu, yerində bir təsbitdir. Nərimanlıya görə, Zelenskinin məqsədi Rusiya ilə mümkün danışıqlarda və Ukraynanın gələcək quruculuğunda Türkiyəni öz yanlarında görmək və göstərməkdir. 

Musavat.com bildirir ki, analitik bu prosesi bir neçə kontekstdə dəyərləndirir:

- ABŞ-Rusiya danışıqlarına alternativ – Kiyev, Vaşinqton və Moskva arasındakı danışıqlara Türkiyə vasitəsilə alternativ yaratmağa çalışır. ABŞ-ın dominant roluna baxmayaraq, Ankaranın Moskva ilə münasibətləri və Ukrayna müharibəsində yeganə uğurlu vasitəçi olması, Kiyevə öz mövqeyini gücləndirmək üçün imkan yaradır.

-  Sülh danışıqlarında Türkiyənin iştirakı – Ukrayna mümkün danışıqlarda Türkiyəni əsas iştirakçılardan biri kimi masaya gətirmək istəyir.

- Ukraynanın təhlükəsizliyində Türkiyənin rolu – Sülh əldə olunacağı təqdirdə Ukrayna, təhlükəsizlik təminatçılarından biri kimi Türkiyənin də prosesdə iştirakını tələb edə bilər. Bu isə Ankaranın Qərb/NATO blokunda Kiyevə dəstəyini gücləndirəcək bir faktor kimi çıxış edə bilər. 

1644326698_726.jpg (111 KB)

Asif Nərimanlı

Nərimanlı vurğulayır ki, Ukrayna Tramp-Putin danışıqlarına təslim olmaq niyyətində deyil və masada daha güclü mövqe tutmaq üçün bütün mümkün variantları nəzərdən keçirir.

Politoloq Asif Nərimanlı, Ukrayna Prezidenti Volodimir Zelenskinin Ankaraya səfərinin zamanlamasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, Zelenskinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü, eyni vaxtda Ər-Riyadda ABŞ və Rusiya rəsmilərinin keçirdiyi ilk rəsmi görüşlə üst-üstə düşüb və bu təsadüfi deyil. 

b8ec5546-ddc2-4dad-9c58-47844e7ecb9c.jpg (20 KB)

Musavat.com qeyd edir ki, Vaşinqtonun diplomatik addımları fevralın 14-16-da keçirilən Münhen Təhlükəsizlik Konfransından sonra gəldi. Həmin konfransda Ağ Evin rəsmiləri Ukraynanın iştirakı olmadan müzakirələrin aparıla biləcəyinə işarə etmişdilər. Bu baxımdan, Zelenski-Ərdoğan görüşü əlavə əhəmiyyət qazanır və Ankarada veriləcək mesajlar beynəlxalq arenada xüsusi maraqla izlənəcək.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR