Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Miri Yusif və kiçik oğlu Cahidin ad günüdür.
Musavat.com xəbər verir ki, müğənni övladı ilə fotosessiya etdirib. Şəkilləri ifaçının xanımı Nərgiz yayımlayıb.
O, paylaşımında: "Bəzi “təsadüflər” Allahın ən gözəl planıdır. Elə bil tale qayınanamla aramızda gizli bir müqavilə bağlayıb: O mənə hədiyyə verib, mən də ona. Ad gününüz mübarək, mənim iki qəhrəmanım. Biri həyatım, biri də yaşamaq səbəbim" - sözləri ilə həyat yoldaşı və oğlunu təbrik edib.
Qeyd edək ki, Miri Yusif və Nərgiz cütlüyünün 3 övladı var.
Könül
Musavat.com
27 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ