 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında gözlənilən danışıqların ticarət və iqtisadi komponentinin əsas mövzularından biri Çinin nadir torpaq metallarına ixrac nəzarəti olacaq.
Musavat.com xəbər verir ki, bunu ABŞ Ticarət Nümayəndəsi Ceymison Qrir Fox News-a verdiyi müsahibədə deyib: "Təfərrüatlara varmayacağam, amma deyəcəyəm ki, məqsədimiz çox geniş olan bu nəzarətlərin tətbiq edilməməsini təmin etməkdir".
Qrir qeyd edib ki, iki tərəf "irəliləyiş yolu tapmaq üçün çox konstruktiv müzakirələr aparıblar", lakin nəticədə "bu, Prezident Tramp və Prezident Si Cinpinqdən asılı olacaq".
Bir gün əvvəl ABŞ Maliyyə Naziri Skott Bessent ABŞ və Çin tərəflərinin ticarət sazişinin əsas müddəaları üzrə razılığa gəldiyini açıqlayıb.
Çin Ticarət Nazirliyi də öz veb saytında danışıqlar zamanı "Çin və ABŞ nümayəndə heyətlərinin müvafiq ticarət məsələlərinin həlli mexanizmləri üzrə əsas konsensusa gəldiyini" bildirib.
Tramp və Si Cinpinin 30 oktyabr Cümə axşamı günü Cənubi Koreyada görüşməsi gözlənilir.
Musavat.com
27 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ