Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Vladimir Zelenski Ağ Evdə keçirilən görüş zamanı ABŞ Prezidenti Donald Trampa xanımı Olena Zelenskadan məktub çatdırıb.
Musavat.com xəbər verir ki, Zelenski məktubu ABŞ-ın birinci xanımı Melaniya Trampa ünvanlandığını bildirib: “Arvadım, Ukraynanın birinci xanımı məktub göndərib. Bu məktub sizə yox, həyat yoldaşınıza ünvanlanıb”, – deyə o qeyd edib.
Zelenski həmçinin Melaniya Trampa Rusiya Prezidenti Vladimir Putinə yazdığı və uşaqların müdafiəsinə çağırış edən məktubuna görə təşəkkür edib.
Musavat.com
18 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ