İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: “Rusiyada parçalanma var, yuxarıdan aşağıya idarəetmə artıq pozulub”


“Rusiya cəmiyyətində artıq bir parçalanma var, Putinin uzun illər boyu qurduğu hakimiyyətin yuxarıdan idarəetmə prinsipi pozulub və Rusiya diktatoru zəifləyib. Bu səbəbdən dünyanın ona fəal şəkildə təzyiq göstərməsinin vaxtı çatıb”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski “CNN” telekanalına müsahibəsində danışıb.

"Putin regionlardakı vəziyyətə, təhlükəsizlik sahəsinə nəzarət etmir. Hamımız başa düşürük ki, onun bütün ordusu, demək olar ki, hamısı Ukrayna ərazisindədir. Ona görə Vaqner rahatlıqla Rusiya ərazisindən keçdi. Onları kim saxlaya bilərdi ki?”,-deyə Zelenski qeyd edib.

Zelenski Ukrayna kəşfiyyatına məlumatlarına istinadən maraqlı bir detalı da açıqlayıb. Onun sözlərinə görə,  “Vaqner” qiyamı zamanı insanların, hətta bölgələrin yarısı Priqojini, yarısı isə Putini dəstəkləyib.

"Rusiyanın 18 və ya 19 regionu xüsusi olaraq Priqojini, 21-i isə Putini dəstəkləyib. Və müəyyən sayda regionlar kimə dəstək verəcəyinə qərar verməyib. Rusiyada əhalinin yarısı tərəddüd edir. Onun hər şeyi idarə etdiyi barədə deyilənlər puç oldu. Yəni bu, başqa Putindir. Mən başqa adamdan danışmıram - bu, güc baxımından başqa adamdır: yaşlı, enerjisi olmayan və proseslərə nəzarət etməyən adamdır”,-deyə Zelenski söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR