Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski "Le Parisien" nəşrinə verdiyi müsahibədə bildirib ki, müharibəni tez bir zamanda başa çatdırmaq Ukraynanın maraqlarına uyğun deyil.
"Tramp mənim Ukraynanın ziyanına tələsik qərarlar qəbul etmək istəmədiyimi bilir. Ölkə uzun müddətdir ki, suverenliyi uğrunda mübarizə aparır. Neçə prezident və ya baş nazir müharibənin bitdiyini elan etmək istəsə də, biz təslim olmayacaq və müstəqilliyimizdən vaz keçməyəcəyik," – deyə Zelenski vurğulayıb.
Musavat.com nəşrə istinadən xəbər verir ki, o, müharibənin "dondurulmasının" və Rusiya ilə sürətli razılaşmaların təhlükəli olduğunu qeyd edib: "Biz Putini yerində oturtmalıyıq."
Zelenski həmçinin bildirib ki, hazırda Donald Trampın müharibə ilə bağlı tam məlumatı, xüsusilə kəşfiyyat, Pentaqon və diplomatik kanallardan gələn informasiyalardan xəbəri yoxdur.
"O, Ağ Evdə olduğu zaman məlumatlanacaq və biz bir dildə danışa biləcəyik," – deyə Ukrayna lideri əlavə edib.
18 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ