İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: “Putini cümə axşamı Türkiyədə gözləyəcəm”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinə birbaşa çağırış edərək onunla şəxsən Türkiyədə görüşməyə hazır olduğunu bildirib.

Musavat.com xəbər verir ki, Zelenski atəşkəsin sabahdan etibarən başlanmasını və bunun diplomatik proses üçün real zəmin yaratmasını təklif edib.

“Sabahdan etibarən tam və uzunmüddətli atəşkəs gözləyirik — bu, diplomatiya üçün lazım olan əsasdır. Qətliamları uzatmağın mənası yoxdur. Və cümə axşamı Türkiyədə Putini gözləyəcəyəm. Şəxsən. Ümid edirəm ki, bu dəfə ruslar niyə gələ bilmədiklərinə dair səbəblər axtarmayacaqlar,” — deyə Zelenski bəyan edib.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 May 2025

BÜTÜN XƏBƏRLƏR