İnsanlara hürriyət, millətlərə istiqlal!

“Zelenski: Mariupolu ov tüfəngləri və pulemyotlarla mühasirədən çıxarmaq mümkün deyil…”

Ukrayna prezidenti Volodimir Zelenski növbəti müraciətində NATO-nu bir daha onun ölkəsinə Rusiya təcavüzü ilə mübarizə apara bilmək üçün tanklar və təyyarələr göndərməyə çağırıb. “NATO toz basmış təyyarələrinin bir faizini belə bizə vermir”,-o deyib.

Zelenski hesab edir ki, Ukraynanın təhlükəsizliyi bütün Avropanın təhlükəsizliyinə bərabərdir. “Bu, bizim tərəfdaşlarımızda var və onlar sadəcə toz-torpaq içində istifadəsiz qalıblar. Bütün NATO təyyarələrinin tanklarının bir faizi yalnız bir faizini istəyirik. Biz daha çoxunu istəmirik. Sadəcə bir faizini istəyirik”-,deyə Zelenski bildirib.

Ukrayna prezidenti deyib ki, Rusiya işğalçılarının mühasirəsində olan Mariupol şəhərinin ov tüfəngləri və pulemyotlarla mühasirədən çıxarılması mümkün deyil. Hansı ki, müttəfiqlərin göndərdikləri arasında bu silahlar həddən artıq çoxdur. Zelenski tanklar və təyyarələr olmadan Ukrayna müdafiəçilərinin Mariupolu mühasirədən çıxara bilməyəcəyini, nəticədə şəhərdəki minlərlə insanın ölümə tərk edilmiş olacağını deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR