İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: Makron vaxtını boşa keçirir

Fransa prezidenti Emmanuel Makron bu yaxınlarda verdiyi açıqlamada Rusiyanın məğlub edilməli, amma əzilməməli olduğunu ifadə edərək, dialoqun vacibliyini vurğulayıb.

Musavat.com xəbər verir ki, İtaliyada nəşr olunan “Corriere” qəzetinə danışan Ukrayna lideri Volodimir Zelenski Makronun açıqlamalarını dəyərləndirib.

Zelenski Rusiya ilə dialoqun vaxt itkisi olduğunu dilə gətirib:

“Bu, faydasız bir dialoq olacaq, əslində, Makron vaxtını boş yerə keçirir. Mən belə qənaətə gəldim ki, biz Rusiyanın mövqeyini dəyişə bilmərik. Əgər onlar keçmiş Sovet imperiyasını bərpa etmək arzusunda özlərini təcrid etmək qərarına gəliblərsə, biz buna kömək edə bilmərik. Beynəlxalq ictimaiyyətlə qarşılıqlı hörmət əsasında əməkdaşlıq edib-etməmək onların öz işidir. İqtisadi sanksiyalar tətbiq olunanda bizi Rusiyanı təcrid etməkdə ittiham edənlər oldu, amma bu, həqiqət deyildi".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR