İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Litvanın birinci ledisini öpdü, öz xanımı əsəbiləşdi - VİDEO

Ukrayna prezidenti Vladimir Zelenskinin xanımı ərini Litvanın birinci xanımına qısqanıb.

Musavat.com xəbər verir ki, xarici sosial şəbəkələrdə prezidentlər və onların xanımlarının görüş anı sürətlə yayılıb. Hər kəs Yelena Zelenskayanın ərini qısqanclıqla süzməsindən bəhs edir.

Məlum olub ki, prezident Zelenski Litvanın birinci xanımı Diana Nepayte ilə ənənəvi qaydada əl tutub görüşməyib, onu yanağından öpüb. Buna cavab olaraq Zelenskinin xanımı da Litva prezidenti ilə öpüşərək görüşüb. 

O sonra öz ərinin ona uzanmış əlini tutmaqdan imtina edib.

Bu kuryoz hadisə dünya mətbuatının gözündən yayınmayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR