İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Kulebanın istefasından DANIŞDI: "Bizə yeni enerji lazımdır"

Ukrayna prezidenti Volodimir Zelenski sentyabrın 4-də axşam saatlarında “Xalqın xidmətçisi” fraksiyasının iclasında iştirak edib və hökumətdəki rotasiyanı izah edib.

Musavat.com xəbər verir ki, iclasda iştirak edən "Suspilnı" mənbəsinin sözlərinə görə, Zelenski xarici işlər naziri Dmitri Kulebanın “silah təminatını təşviq etmək üçün kifayət qədər enerjiyə malik olmadığını” deyib.

Ukrayna lideri deyib ki, hökumətdə onlara yeni enerji lazımdır. Zelenski bildirib ki, baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya üzrə keçmiş müavini Olqa Stefanişinaya daha çox imkanlar vermək məsləhətdir.

Parlamentin Kulebanın istefasını cümə axşamı günü nəzərdən keçirəcəyi gözlənilir. Bu barədə millət vəkilləri bildiriblər.

Qeyd edək ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da daxil olmaqla ümumilikdə 6 nazir istefa ərizəsini təqdim edib. Ali Rada onlardan dördünün istefasını qəbul edib.

Qanunvericilərin sözlərinə görə, söhbət baş nazirin avrointeqrasiyaya cavabdeh müavini, silah istehsalına nəzarət edən strateji sənaye naziri və daha iki nazirdən gedir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR