İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Kulebanı vəzifəsindən kənarlaşdıra bilər - Onu bu şəxs əvəz edəcək

Ukrayna prezidenti Volodimir Zelenski ölkənin xarici işlər naziri Dmitri Kulebanı tutduğu vəzifədən uzaqlaşdırmaq niyyətindədir.

Musavat.com xəbər verir ki, bu barədə "Strana.ua" prezidentə yaxın mənbələrinə istinadən məlumat yayıb.

"Kulebaya çoxlu suallar var. Xüsusən də Xarici İşlər Nazirliyi tərəfindən səfirlərin namizədliyi ilə bağlı çoxsaylı şikayətlər var", - məlumatda deyilir.

Qeyd olunub ki, Zelenski ümumiyyətlə diplomatik departamentin işindən narazıdır.

Bəzi məlumatlara görə, Kulebanı prezident aparatı rəhbərinin müavini İqor Jovkva əvəz edə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR