İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski ilk dəfə Ukraynaya səfər edən Vuçiçlə görüşdü

Ukrayna Prezidenti Volodimir Zelenski Serbiya Prezidenti Aleksandar Vuçiçlə görüşüb.

Musavat.com xəbər verir ki, bu, Serbiya liderinin Ukraynaya ilk səfəridir.

Zelenskinin sözlərinə görə, görüş zamanı tərəflər Avropa İttifaqına inteqrasiya yolunda qarşılıqlı dəstəyi, ikitərəfli əməkdaşlığı və Ukraynanın bərpası məsələlərini müzakirə ediblər.

“Bərpa təşəbbüsünüzə və Ukraynanın bir neçə yaşayış məntəqəsinin yenidən qurulması üzrə kuratorluq etməyə hazır olduğunuza görə təşəkkür edirəm. Bu, həqiqətən də effektiv əməkdaşlıq formatıdır və yaxşı nəticələrə ümid edirik,” – deyə Zelenski qeyd edib.

Ukrayna Prezidenti həmçinin Serbiyanın ölkəsinin suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkürünü bildirib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR