İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski general Kit Kellogu təltif etdi – Trampın nümayəndəsi Kiyevdə (VİDEO)

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi, general Kit Kellog Kiyevdə Ukraynanın Müstəqillik Günü tədbirlərində iştirak edib.

Kiyevin Sofiya meydanında keçirilən mərasimdə Ukrayna prezidenti Vladimir Zelenski Kellogu yüksək dövlət mükafatı – “Yaroslav Mudrının I dərəcəli ordeni” ilə təltif edib. Bu orden Ukraynanın suverenliyinin möhkəmləndirilməsi, dövlətlərarası əməkdaşlığın gücləndirilməsi və ölkənin beynəlxalq nüfuzunun artırılmasında mühüm xidmətləri olan şəxslərə təqdim olunur.

Zelenski çıxışında qeyd edib ki, Kellogun fəaliyyəti Ukraynanın müstəqilliyinin qorunmasında və beynəlxalq aləmdə tanıdılmasında xüsusi rol oynayıb.

Xatırladaq ki, Kit Kellogun Ukraynaya səfəri 24–25 avqust tarixlərini əhatə edir. O, bu çərçivədə rəsmi görüşlərdə də iştirak edəcək.

Trampın xüsusi nümayəndəsinin təltif mərasimindən video görüntüləri təqdim olunur:

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR