İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahin Şıxlinski ilə bağlı qərar verildi – FOTO

Rusiyanın Sverdlovsk vilayət məhkəməsində Azərbaycan diasporunun rəhbəri Şahin Mutvalı oğlu Şıxlinskinin apellyasiya şikayətinə baxılıb.

Musavat.com APA-ya istinadən xəbər verir ki, Şıxlinskinin vəkili birinci instansiya məhkəməsinin hökmündən yuxarı instansiya məhkəməsinə şikayət verərək, müvəkkilinin barəsində həbs qətimkan tədbirinin daha yüngülləşdirilməsini istəyib.

Sverdlovsk vilayət məhkəməsi iş materiallarına qapalı iclasda baxaraq apellyasiya şikayətini təmin etmək üçün heç bir əsas tapmayıb.

Ş. Şıxlinski 2025-ci il dekabrın 30-dək həbsdə qalacaq.

Qeyd edək ki, Şahin Şıxlinski ilk dəfə iyulun 2-də saxlanılıb. Hərbi geyimdə maskada və üzərində tanınma nişanı olmayan hüquq-mühafizə orqanlarının əməkdaşları Şıxlinskinin içərisində olduğu avtomobilin qarşısını küçənin ortasında kəsiblər və zor tətbiq edərək Şahin Şıxlinski və oğlu Mutvalını avtomobildən endirərək yerə yıxıb qandallayıblar. M. Şıxlinski saxlanılandan 15 dəqiqə sonra sərbəst buraxılıb. Şahin Şıxlinski isə İstintaq İdarəsində bir neçə saat dindirildikdən sonra sərbəst buraxılıb.

Daha sonra hüquq-mühafizə orqanları Şıxlinskilərə saxlanıldıqları zaman dövlət nümayəndəsinə qarşı zor tətbiq etmək maddəsi ilə cinayət işi açıb. Məlum cinayət işi üzrə iyulun 16-da M. Şıxlinski saxlanılaraq barəsində həbs-qətimkan tədbiri seçilib. Ş. Şıxlinski isə axtarışa verilib. Avqustun 2-də isə Ş. Şıxlinski də Moskvada saxlanılaraq Yekaterinburqa etap olunub. Avqustun 24-də məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib. Sentyabrda 24-də isə həbs-qətimkan tədbirini dekabrın 30-dək uzadıb.

Rusiyada Azərbaycan diaspor rəhbəri Şahin Şıxlinskinin apellyasiya şikayəti rədd edilib

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR