İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada saxlanılan diaspor rəhbəri Şahin Şıxlınski apellyasiya şikayəti verdi

Ural bölgəsindəki azərbaycanlı diasporun sabiq rəhbəri Şahin Şıxlınski öz həbs qərarına qarşı apel­lyasiya şikayəti verib.

Musavat.com xəbər verir ki, bu barədə bölgə məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, şikayətə baxış bu gün keçiriləcək. Daha əvvəl, 24 sentyabr tarixində məhkəmə Şıxlınskinin barəsində olan həbs qətimkan tədbirinin müddətini uzadıb.

Xatırladaq ki, Şahin Şıxlınskinin 2 avqustda saxlanılıb. O, “qəsdən adam öldürməyə cəhd” və “hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqi” maddələri ilə ittiham olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR