İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Ərdoğana təşəkkür etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub.

Musavat.com xəbər verir ki, bu barədə Zelenski tviterdə yazıb.

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla dialoqumu davam etdirdim. Ukraynalı uşaqlar üçün sığınacaq və şəhərlərimiz üçün yüzlərlə generatora görə təşəkkürümü bildirdim. Türkiyənin Ukraynanın #GrainFromUkraine təşəbbüsünə verdiyi dəstəyi qeyd etdim. Həmçinin gələcək fəaliyyət və taxıl dəhlizinin mümkün genişlənməsini müzakirə etdik”, - Ukrayna prezidenti qeyd edib.

Toğrul İMSAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR