İnsanlara hürriyət, millətlərə istiqlal!

Neftlə bağlı QORXUNC XƏBƏRDARLIQ 

“OPEC+ ölkələri hasilatın məhdudlaşdırılması ilə bağlı razılaşmalara əməl etməsələr, neftin qiyməti 50 dollara qədər ucuzlaşa bilər”.

Musavat.com xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman alyans üzvlərinə bildirib.

Onun sözlərini mənbələrə istinadən “The Wall Street Journal” nəşri yayıb.

Onların fikrincə, digər neft hasil edən ölkələr krallığın bazar payını saxlamaq üçün bu bəyanatları üstüörtülü qiymət müharibəsi təhlükəsi kimi qəbul ediblər.

Razılaşmaya əməl etməyənlər arasında Səudiyyə şahzadəsi İraq və Qazaxıstanı xüsusi qeyd edib. O, bu açıqlamaları İranın neftin qiymətinin artmasına səbəb olan İsrailə raket hücumundan əvvəl verib.

Mənbələr qeyd edirlər ki, krallığın hakimiyyət orqanları bazarda qiymətləri ucuzlaşdırsa belə, OPEC+un dekabrın 1-dən neft hasilatına qoyulan məhdudiyyətləri tədricən aradan qaldırmağa başlayacağı planı icra etməkdə qərarlıdılar.

OPEC+ ölkələrinin neft hasilatı planı, kvotalar, könüllü azalmalar və azaldılmış həcmlərə görə kompensasiyalar nəzərə alınmaqla, oktyabrda gündəlik 35,24 milyon bareldir, sentyabrda isə 35,49 milyon barel (247 min barel az) təşkil edib.

Hazırda Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin dekabr fyuçersləri 1,95 dollar (2,65 faiz) bahalaşaraq 75,51 dollar olub. NYMEX birjasında WTI markalı neftin noyabr fyuçersləri 1,99 dollar (2,85 faiz) bahalaşaraq 71,82 dollara ticarət olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR