Onlayn ictimai-siyasi qəzet
Fransanın müstəmləkəçilik siyasəti Afrika qitəsinə mənfi təsir göstərib.
Bunu tanınmış fəal, Fransa neokolonializminin əsas tənqidçilərindən biri Kemi Seba Azərbaycanın mətbuat nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.
Fəal qeyd edib ki, Fransa vətəndaşı kimi uşaqlıqdan qaradərililərə qarşı ayrı-seçkiliyin şahidi olub.
“Mən neokolonial siyasətin şahidi və qurbanı olmuşam. Mən özüm Fransada doğulmuşam və onların afrikalılarla necə pis rəftar etdiklərinin şahidi olmuşam. Afrikada jurnalist kimi çalışarkən əmin oldum ki, Fransanın neokolonial siyasəti qitəyə mənfi təsir göstərir. Zəngin mineral ehtiyatların olmasına baxmayaraq, Afrika əhalisi onlardan istifadə edə bilmir, Fransa oliqarxiyası isə bu sərvətlərdən bəhrələnir”, - o vurğulayıb. (Report)
25 Noyabr 2024
08:25 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ