Onlayn ictimai-siyasi qəzet
Rusiya XİN sözçüsü Mariya Zaxarova ABŞ-nin Ermənistana maliyyə yardımını artırmasını Qərbin sabitliyi pozan hərəkətlərinin sübutu kimi göstərib.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
“Artıq oxşar təcrübələrin aparıldığı qonşu dövlətlərin və dünyanın digər ölkələrinin bu faktlarını, tendensiyalarını və təcrübələrini görməmək mümkün deyil. Milliyönümlü siyasət yürüdən, tarixi bilən, milli maraqları rəhbər tutanlar bundan qaça bilər”,-deyə XİN sözçüsü qeyd edib.
Bundan əvvəl məlum olmuşdu ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi Ermənistana maliyyə yardımını iki dəfədən çox artırmaq qərarına gəlib. Belə ki, məbləğ 120 milyon dollardan 250 milyon dollaradək artırılıb.
Musavat.com
25 Noyabr 2024
08:25 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ