Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan “3+3” regional formatına qoşulma qərarını düzgün hesab edir.
Musavat.com erməni mediasına istinadən bildirir ki, o, bu barədə çərşənbə günü hökumət saatında bəyan edərək, Ermənistanın balanslaşdırılmış xarici siyasət yürütdüyünü vurğulayıb.
“Biz regional məsələlərə həm ümumi kontekstdə, həm də ayrı-ayrılıqda baxırıq. “3+3” formatında iştirakla bağlı qərar qəbul ediləndə bizim ünvanımıza ciddi tənqidlər səslənirdi, amma indi əminliklə deyə bilərəm ki, biz regional məsələlərə həm ümumi kontekstdə, həm də ayrı-ayrılıqda baxırıq. “3+3” formatında iştirakla bağlı qərar qəbul ediləndə bizim ünvanımıza ciddi tənqidlər səslənirdi, amma indi əminliklə deyə bilərəm ki, bu platformadakı müzakirələrdə iştirak etmək düzgün idi”, - Paşinyan qeyd edib.
O əlavə edib ki, bu qərar Ermənistanın xarici siyasətində regional komponentin əhəmiyyətini vurğulayır.
Bundan əvvəl İranın Ermənistandakı səfiri Mehdi Sobhani bildirib ki, ölkələrin xarici işlər nazirlərinin Türkiyədə baş tutacaq “3+3” formatında görüşünün vaxtı artıq müəyyənləşib və məlumat yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq. Lakin Ermənistan Xarici İşlər Nazirliyi yeni iclasda iştirakla bağlı hələlik yekun qərar verməyib. Bundan əvvəlki görüş ötən ilin oktyabrında Tehranda baş tutub.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ