İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Dnestryanı separatçılarının bəhanəsini kəsir: Kömür də veririk, mütəxəssis də...

Ukrayna elektrik enerjisi mübadiləsi məqsədilə Dnestr çayının sol sahilində yerləşən Moldova Dövlət Dairə Elektrik Stansiyasını ucuz qiymətə, hətta pulsuz kömürlə təmin etməyə hazırdır.

Musavat.com xəbər verir ki, bu barədə Vladimir Zelenski Kiyevdə Moldova prezidenti Maya Sandu ilə görüşündə bildirib.

O bildirib ki, verəcəkləri kömürlə əldə olunan elektrik enerjisi həm bütün Moldovaya, həm də Ukraynaya ötürülə bilər. Zelenski əlavə edib ki, texniki cəhətdən Moldova Dövlət Rayon Elektrik Stansiyası Dnestryanı bölgənin tələbatından "10 dəfə çox elektrik enerjisi" istehsal edə bilər. Ukrayna həmçinin Dnestryanı bölgəyə Dnestr çayının sol sahilində yerləşən Moldova Dövlət Dairə Elektrik Stansiyasını kömürdən istifadə etmək üçün təyinatının dəyişdirilməsinə kömək edəcək mütəxəssisləri göndərməyə hazırdır.

Həm Dnestryanı bölgəni, həm də Moldovanı elektrik enerjisi ilə təmin edən Moldova Dövlət Dairə Elektrik Stansiyası bölgəyə qaz verilişi kəsildikdən sonra kömürə keçib. Separatçı bölgənin qanunsuz başçıları Dneprin sağ sahilinə enerji verilişini dayandıraraq, Moldovadan “Qazprom”un əsassız hesabladığı borcu ödəməyi tələb edirlər. Onlar Moldova vasitəsilə Avropadan qaz alınmasına da razılaşmır, eyni zamanda stansiyada kömür ehtiyatlarının fevralın ortalarına qədər davam edəcəyini bildirərək BMT və digər təşkilatlardan Moldovaya təzyiq olunmasını tələb edirlər. Separatçılar hətta Ukrayna kömürünün stansiyada istifadə üçün yararlı olmadığını iddia edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Yanvar 2025

26 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR