Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski Britaniya və Ukrayna jurnalistləri ilə görüş keçirib.
Musavat.com xəbər verir ki, bu barədə Zelenski öz sosial media hesablarında paylaşım edib. Görüşdə Ukrayna ordusunun təhlükəsizlik təminatında əsas rol oynadığı, sülh prosesinin gələcəyi və atəşkəsə nail olmaq üçün atılmalı olan addımlar müzakirə olunub.
Zelenski bildirib ki, Ukraynanın işğal olunmuş ərazilərini Rusiya torpağı kimi tanıması mümkün deyil. O, Qərbin daha sərt addımlar atmasının Rusiyanı döyüşləri dayandırmağa məcbur edə biləcəyini vurğulayıb.
Prezident, Ukraynanın güclü təhlükəsizlik zəmanətlərinə ehtiyacı olduğunu və bu kontekstdə Qərbin konkret addımlar atmalı olduğunu bildirib. O, Ukraynanın ABŞ-la mineral ehtiyatların işlənməsi ilə bağlı saziş imzalamağa hazır olduğunu da açıqlayıb.
Zelenski atəşkəs məsələsinin yalnız Ukraynanın təhlükəsizlik maraqlarına cavab verəcəyi halda mümkün ola biləcəyini bildirib. O qeyd edib ki, Qərbin vahid və güclü mövqeyi Rusiyanı geri çəkilməyə məcbur edə bilər.
Görüşdə, həmçinin Ukraynaya beynəlxalq hərbi kontingentin göndərilməsi məsələsi və bunun mümkün nəticələri də müzakirə olunub.
Musavat.com
04 Mart 2025
03 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ