İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski azərbaycanlı hərbçini MÜKAFATLANDIRDI - FOTO

Vladimir Zelenski Ukraynanın rəşadətli müdafiəçilərini mükafatlandırıb.

Musavat.com xəbər verir ki, "Ukraynaya hərbi xidmət" medalı alanlar arasında kiçik çavuş Əmirşaxov Vitaliy Maşallah oğlu da var.

Əmirşaxov Vitalinin həm atası, həm anası azərbaycanlıdır, Ukraynada doğulub. Atası dünyasını dəyişib. Hal-hazırda anası, xanımı, övladları ilə yaşayır.

Vitaliy könüllü şəkildə kiçik qardaşı ilə bərabər döyüşlərə qatılıb, cənub cəbhəsində savaşır.

Vitaliy "Yeni Müsavat"ın Ukrayna təmsilçisi Anar Natiqoğlu ilə söhbətində bunları deyib:

"Burda milli ayrı-seçkilik ola bilməz. Əslimiz-kökümüz Azərbaycandadır. Amma biz Ukraynada anadan olmuşuq və bura da bizim vətənimizdir. Vətəni isgalçıdan qorumaq borcumuzdur”

Musavat.com

Attachment

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR