Onlayn ictimai-siyasi qəzet
Ukraynanın prezidenti Vladimir Zelenski müharibənin gedişində yeni və diqqətçəkici addım atacağını bəyan edib.
O, “Ukraynanın təhlükəsizliyinin yeni memarlığı” adlandırdığı plan çərçivəsində xarici tərəfdaş ölkələrlə kontingentlər məsələsini müzakirə etməyə hazırlaşır.
Musavat.com xəbər verir ki, Zelenski bu barədə Ukrayna müdafiə naziri Rustem Umerov, Silahlı Qüvvələrin baş komandanı Aleksandr Sırski və Baş Qərargah rəisi Andrey Qnatovla birgə hazırladıqları təkliflərdən danışıb. Prezidentin sözlərinə görə, bu təkliflər Ukraynanın müttəfiqlərinin hərbi kontingentlərini əhatə edir və bu plan, ölkənin gələcək təhlükəsizliyinə veriləcək real təminatlar sırasına daxildir.
“Ən təsirli təhlükəsizlik zəmanəti – öz ordumuzdur”, – deyə Zelenski vurğulayıb. O bildirib ki, Ukraynanın müdafiə və təhlükəsizlik qüvvələri bu arxitekturanın əsasıdır və yalnız bunun üzərində beynəlxalq dəstək qurula bilər.
Qərar verilir – bu həftənin cümə günü...
Prezidentin sözlərinə görə, artıq bu həftənin cümə günü Ukraynanın hərbi tərəfdaş ölkələrinin nümayəndələri ilə yüksək səviyyəli görüş keçiriləcək. Görüşdə “kontingentlər məsələsinə ümumi yanaşma” və “birgə qərarlar” müzakirə olunacaq. Bu görüş Ukraynanın təqdim etdiyi təkliflər əsasında aparılacaq və Avropa üçün ortaq müdafiə mövqeyinin müəyyən olunmasına xidmət edəcək.
Musavat.com xatırladır ki, bu cür beynəlxalq kontingent məsələləri bir neçə NATO ölkəsi tərəfindən dəstəklənsə də, Rusiya tərəfindən açıq şəkildə “müharibəyə qoşulma aktı” kimi qəbul olunur. Bu səbəbdən, cümə günü keçiriləcək görüş həm Ukraynanın taleyi, həm də Avropanın təhlükəsizlik arxitekturası baxımından həlledici ola bilər.
Musavat.com
03 Aprel 2025
02 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ