İnsanlara hürriyət, millətlərə istiqlal!

Si Cinpin Pekinin qlobal təsirini artırmaq niyyətindədir – "Bloomberg"

Çin Xalq Respublikasının sədri Si Cinpin ölkəsinin beynəlxalq arenadakı mövqelərini gücləndirmək üçün yeni təşəbbüslərlə çıxış edib.

Musavat.com xəbər verir ki, o, bildirib ki, Pekin tərəfdaş ölkələrə daha çox investisiya və kredit ayırmaqla Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində təhlükəsizlik blokunu möhkəmləndirəcək.

Tiencin şəhərində keçirilən sammitdə çıxış edən Çin lideri ŞƏT üzvlərinə 2 milyard yuan həcmində qrant və 10 milyard yuanlıq kredit paketinin təqdim olunacağını açıqlayıb. Bu maliyyə dəstəyi qurumun inkişafına töhfə vermək üçün yaradılan beynəlxalq banklararası konsorsium vasitəsilə yönləndiriləcək. Si Cinpin eyni zamanda ŞƏT-in İnkişaf Bankının ən qısa zamanda təsis olunmasının vacibliyini vurğulayıb.

Bundan başqa, Pekin 100 sosial layihəni həyata keçirməyi, eləcə də ŞƏT ölkələrindən olan tələbələr üçün ayrılan təqaüdlərin sayını iki dəfə artırmağı planlaşdırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2025

01 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR