Onlayn ictimai-siyasi qəzet
Hindistanın baş naziri Narendra Modi Rusiya prezidenti Vladimir Putini ilin sonunda Hindistana rəsmi səfərə dəvət edib.
Musavat.com xəbər verir ki, bu barədə Modi Şanxay Əməkdaşlıq Təşkilatının Tiencin şəhərində keçirilən sammiti çərçivəsində Rusiya lideri ilə görüşündə açıqlama verib.
“Hindistan və Rusiya arasında yüksək səviyyəli təmaslar mütəmadi olaraq davam edir. Dekabr ayında isə 1 milyard 400 milyon hindistanlı sizi səbirsizliklə gözləyəcək. Bu səfər çərçivəsində ölkələrimiz arasında 23-cü illik sammit keçiriləcək”, – deyə Modi bildirib.
Qeyd edək ki, Hindistan və Rusiya arasındakı illik sammitlər ənənəsi iki ölkə arasında strateji tərəfdaşlığın mühüm göstəricisi hesab olunur.
Musavat.com
01 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ