İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski açıqladı: "Ukrayna bu tarixdən Rusiya ilə diplomatik danışıqlara hazır olacaq"

 

Ukrayna dövləti Rusiya ilə problemin diplomatik yolla həllinə Ukrayna ordusu beynəlxalq səviyyədə tanınan sərhədlərə çıxdıqda hazır olacaq. Bu isə Krım, Donbas, Zaporojye və Hersonun tam azad olunması deməkdir.

Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski İspaniyanın baş naziri pedro Sançesin Kiyevə səfəri zamanı keçirilən mətbuat konfransında jurnalistlərin sualına cavab olaraq bu fikirləri söyləyib. Sual isə belə olub ki, Ukrayna 24 fevral 2022-ci ildə Rusiyanın işğalçı müharibəsi başlanan zamana qədərki sərhədlərə çıxsa, konfliktin diplomatik yolla həllinə hazır olacaqmı?

Ukrayna Prezidenti bildirib ki, 24 fevralda işğalçılarla Ukrayna ordusu arasında dövlət sərhədi deyil, təmas xətti olub: “Buna görə də bir daha qeyd edirik: Ukrayna yalnız beynəlxalq səviyyədə tanınan sərhədlərini bərpa etdikdən sonra bu və ya başqa formada diplomatik həllə hazır olacaq”.

Qeyd edək ki, bu günlərdə “The Washington Post” öz mənbələrinə istinadən məlumat yaymışdı ki, ABŞ Baş Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnsün Kiyevə rəsmi açıqlanmayan səfəri zamanı Ukrayna tərəfi qəti şəkildə bəyan edib ki, payıza qədər onlar ərazilərin mühüm hissəsini azad edib, artilleriya və raket sistemlərini Rusiyanın nəzarətində olan Krım sərhədlərinə yığacaq, daha sonra Şərqi Ukrayna ərazilərinə doğru hərəkət edəcəklər və yalnız bundan sonra Moskva ilə hansısa diplomatik danışıqlara başlayacaqlar.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR