İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski ABŞ-ın vitse-prezidenti və dövlət katibi ilə görüşə başladı

Ukrayna Prezidenti Volodimir Zelenski hazırda ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens və dövlət katibi Marko Rubio ilə görüş keçirir.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Suspilne” dövlət yayım şirkəti yayıb.

Görüşün detalları hələ açıqlanmasa da, müşahidəçilər bu dialoqu Ukrayna ilə ABŞ arasında strateji əməkdaşlığın davamı və regional təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından əhəmiyyətli hesab edirlər.

Tərəflərin diqqət mərkəzində əsasən hərbi yardım, diplomatik dəstək və Avropa təhlükəsizliyi kontekstində yeni çağırışlar dayanır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 May 2025

BÜTÜN XƏBƏRLƏR