Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın Kiyevə yeni yardım paketini bəyənməyib.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ-də çıxan “The Hill” qəzeti yazıb.
Qəzet yazıb ki, Zelenskiyə xoş gəlməyən məqam yardım paketinin həcmi deyil, Vaşinqtonun yeni təchizat planını elan etməsi, ancaq Ukrayna ərazisinə dərhal göndərməməsidir.
Qəzet yazır: “Bayden administrasiyası cümə günü Ukraynaya kritik hava hücumundan müdafiə sursatları, artilleriya mərmiləri və daha çoxunu ehtiva edən 400 milyon dollarlıq tranşla üçüncü əlavə yardım paketini elan etdi. Ancaq bu xəbəri oxuyan Zelenski məyus görünürdü”.
Amerikalı jurnalistlər yazır ki, Ukrayna dövlətinin başçısı “burada və indi” silah tələb edir, düşünür ki, yardım paketi anons edilməsin, dərhal göndərilsin. Çünki adətən nəzərdə tutulanlar yardım barədə elandan bir-iki həftə sonra göndərilir.
Musavat.com
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ