İnsanlara hürriyət, millətlərə istiqlal!

“Zəfər qurultayı Azərbaycan diasporunun fəaliyyətinin güclənməsinə töhfə verəcək” - Deputat

“Şuşada öz işinə başlayan Zəfər Qurultayı tarixi əhəmiyyət kəsb edir. Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, “Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələrin təşkili planlaşdırılır”.

Deputat Ceyhun Məmmədov bu fikirləri Musavat.com-a açıqlamasında bildirdi. Qeyd etdi ki, Şuşada beynəlxalq tədbirlərin keçirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbənin möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin dünyada təbliği, erməni vəhşiliyinin ifşası baxımından xüsusi əhəmiyyət daşıyır: “Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının ürəyi Şuşa ilə döyünür. Bu gün nəinki Azərbaycanda yaşayan vətəndaşlarımız, dünyanın müxtəlif dövlətlərindəki soydaşlarımız Şuşanı görmək arzusundadırlar. Tədbirdə qurultay iştirakçıları Şuşa ilə yaxından tanış olacaq, orada aparılan quruculuq və abadlıq işlərini görəcəklər. Şuşa haqqında aydın və dəqiq təəssüratları yaranacaq. Eyni zamanda, erməni vəhşiliyinin əyani şahidi olacaqlar. Qurultayda 65 ölkədən 400 diaspor nümayəndəsinin iştirakı tədbirin əhəmiyyətini daha da artırır. Qurultayda eyni zamanda Azərbaycan diasporunun qarşısında duran mühüm vəzifələr, gələcək hədəf və məqsədlər barədə geniş fikir mübadiləsi və müzakirələr aparılacaq. Zəfər qurultayı Azərbaycan diasporunun fəaliyyətinin daha da güclənməsinə, koordinasiya işlərinin daha yüksək səviyyədə qurulmasına da ciddi töhfə verəcək”.

Deputat qeyd etdi ki, Prezident İlham Əliyev Qurultayda ATƏT-in Minsk Qrupunun fəaliyyətinə də toxundu: “Bu qurumun əsas məqsədinin Azərbaycanın torpaq işğalı ilə barışmaq olduğnu xüsüsu vurğuladı. Digər vacib məqam Ermənistanın ona verilən son şansdan istifadə etməsi ilə bağlı oldu”. C.Məmmədov digər diqqətçəkən məqama da toxundu: “Dövlət başçımız çıxışında Zəngəzurun Ermənistana verilməsi məsələsinə də geniş toxundu, bu işlərin planlı şəkildə həyata keçirildiyini xüsusi vurğuladı ki, bunlar da mühüm məsələlərdir”.

Elşad,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR