İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəfər paradından “Bir Millət, iki Dövlət”in TƏK ORDUsunadək

Bu gün, dekabrın 10-da o möhtəşəm hadisənin, təkcə Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının şərəf tarixinə yazılmış qələbəyə həsr olunmuş HƏRBİ KEÇİDin ikinci ildönümü tamam olur - Zəfər Paradının! Həmin gün Azərbaycan və Türkiyə liderləri yanaşı dayanmışdılar, birgə qəbul etdilər paradı, gözəl mənzərəydi!

O zaman Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Zəfərimizin memarı tamamilə haqlı olaraq demişdi ki, Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. “Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır” – söyləmişdi müzəffər ordunun Baş Komandanı.

Bəli, ölkəmizin müasir tarixində möhtəşəm və unudulmaz hadisəydi Zəfər paradı. Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, qardaş Türkiyənin əsgər və zabitləri də iştirak edirdilər. Qürurverici anlar idi, Azərbaycan əsgəri ilə mehmetcik yanaşı, çiyin-çiyinə addımlayırdılar, məğrurcasına, qürurla, gözlərində düşmənə qəzəb, dosta sevgi, mərhəmət hissi. Mərasimdə iştirak edən yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iki qardaşın, “Bir millət, iki dövlət”in yazdığı şərəf tarixinə şahidlik edirdilər. 

1a1tjgeabv_02.jpg (116 KB)

Ən həyəcanlı an bilirsiniz hansı idi? Zəfərimizin rəmzi – Şuşamızdan gətirilən bayrağımızın Azadlıq meydanına gətirilməsi! Azərbaycanın ürəyi Şuşa şəhəri 8 noyabrda düşmənin 28 il 7 aylıq işğaldan, əsirlikdən, zülümdən, zillətdən azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən qala-şəhərimiz üzərində qaldırılan Zəfər bayrağı Zəfər paradına gətirildi, həmin anı biz necə də həsrətlə gözləmişdik! 2018-ci ilin 26 iyununda, Azərbaycan Ordusunun yaranmasının 100-cü ildönümü günündə Ali Baş Komandan 10 noyabr 2020-ci ilin anonsunu elan etmişdi. Demişdi ki, vaxt gələcək işğaldan azad olunmuş Şuşada dalğalanan bayrağımız Azadlıq meydanındakı Qələbə paradında qaldırılacaq! O zaman bir çoxlarına yuxu kimi gəlirdi bütün bunlar, amma dövlətimiz, dövlət başçımız addım-addım bu hədəfə yaxınlaşırdı, iqtisadiyyatı inkişaf etdirməklə, ordunu gücləndirməklə, tərəfdaşları, qardaşlarından mənəvi dəstək almaqla...

Zəfər paradı - Qanunla.Az

Şəhid və qazilərimizə sonsuz dərəcədə minnətdarıq! Zəfər qazanmış Azərbaycanın öz hərbi gücünü dünyaya nümayiş etdirməsi tamam başqa mənzərə yaradırdı. Çünki dünyanın aparıcı hərbi mərkəzlərini belə, sıldırım qayalarla əhatə olunmuş qalanı azad edən Azərbaycan Ordusuna daha yaxından bələd olmaq istəyirdilər. 21-ci əsrin silahları ilə silahlanmış şanlı ordumuz Şuşa uğrunda, Qarabağ, Şərqi Zəngəzur yolunda ürəyini qoymuşdu, bütün varlığı ilə döyüşürdü, “Vətən, sənə canım fəda”- deyərək. Bu, on illərdir Qarabağ deyiləndə alnı qırışlanan, qəzəbdən titrəyən, yağının üstünə getmək üçün əmr gözləyən igidlərimizin ən möhtəşəm silahı idi. Ürəyi olmayan döyüşçü ən müasir silahlarla da, böyük qələbələrə imza ata bilməzdi! Azərbaycanın sıravi əsgərindən generalınadək hər bir üzvü isə yumruğu boyda ürəyi ilə silahlanmışdı! Sonradan 44 günlük Vətən Müharibəsi “Dəmir Yumruq” əməliyyatı adlandırıldı, məncə, bu, həm də ÜRƏK boyda YuUMRUQun nişanəsiydi! Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirildi. Dostlar, qardaşlar baxdı, qürrələndi, fəxarət hissi ilə seyr etdi, yazıların gözlərinə tikan batdı. Müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir hissəsini nümayişi isə 21-ci əsrin İLKi oldu.

Düşməndən ələ keçirilən hərbi qənimətlərin bir qismi Zəfər paradında  nümayiş olunub - FOTOLAR

Erməni quzğunlar cəmi bir neçə ay əvvəl tezliklə tanklarının Bakıda şütüyəcəyini deyirdilər, dünyanın ikili standartlarından, ayrı-ayrı mərkəzlərin, ikiüzlü paytaxtların, işğalı və terroru dəstəkləyən simasızların açıq və gizli dəstəyindən stimul alaraq Azərbaycanı “yeni ərazilərin işğalı ilə” təhdid edirdilər. 10 dekabr paradı erməni tankalarının Bakıda şütüməsi ilə də tarixə düşdü, amma tank heyəti Azərbaycan oğulları idi, şütüyən qənimət tanklar idi! Vaxtilə Ağdamın yür üzündən silinmiş yaşayış məskənləri və qəbristanlıqlarını alçaqcasına təlim düşərgəsinə, “poliqon”a çevirmiş düşmən yanıb-yaxıldı bu mənzərəni görəndə! İşğalçı ölkəyə aid maşın texnikasının seriya və nömrə nişanlarının “sərgisi” də işağlçıya gözdağıydı.

Silahlı Qüvvələrimizin arsenalında olan Buk Zenit-Raket Kompleksləri

Budur, iki ildir ki, Xəzər sahilində yaradılmış Hərbi Qənimətlər Parkında düşməndən qənimət olaraq götürülmüş eksponatlar sərgilənir. Onların arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır... “Dənizdən-dənizə Ermənistan” yaratmaq istəyən xəstələr baxsınlar bu mənzərəyə, Xəzər sahilindəki eksponatlara və kifli düşüncələrini başlarından atsınlar, əks təqdirdə günün birində ikinci Hərbi Qənimətlər Parkımızı Göyçə gölünün sahilində yaradarıq, Bala Göyçədən əl uzatsaq, çatar!

Hərbi Qənimətlər Parkına giriş pulludur - biletin qiyməti

Düşmən unutmamalıdır ki, 2020-ci ilin 10 noyabr tarixində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb, ayrı-ayrı liderlərə minnətçi düşərək, “Azərbaycanı dayandırın” xahişini edərək. Nəticədə bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb. Laçın şəhərində bayrağımızı bu ilin 26 avqustunda, “Şuşa ili”ndə qaldırdıq. Azərbaycan dövləti qısa müddətdə xarüqələr yaradır, yollar, tunellər, körpülər, dəmir yolu, hava limanları...Bir gün Zəngəzur dəhlizi də fəth olunacaq, bu, olmazsa, olmaz! Ötən əsrin 80-ci illərinin sonlarında 300 minədək soydaşımızı dədə-baba yurdlarından – Ermənistan adlanan qondarma ölkədən departasiya edənlər gec-tez cəzasını almalı, yurdun sahibləri evlərinə dönməlidir!

Ailə başına 18 sot torpaq, şəhərdə bulvar - BİRLƏŞDİRİLƏN KƏNDLƏR – AĞDAM  BELƏ QURULACAQ, DETALLAR - FED.az

Heç şübhəsiz, 44 günlük Vətən Müharibəsinin hər günü şanlı tarixdir. 27 sentyabrdan başlayaraq, hər gün Azərbaycan Ordusu irəli gedirdi, yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın! O qədər qəhrəmanlıq nümunələri var ki, sadalamaqla bitən deyil. Yaralılarımız hətta aldığı güllə və qəlpə yaralarını gizlədərək Şuşaya doğru can atırdılar. İşğal dövründə qubar bağlayan ürəkləri ovutmaq üçün Şuşa havasına, İsa bulağının, Natəvan bulağının suyuna, Xarıbülbülün ətrinə ehtiyac duyan əsgər və zabitlərimiz bir an dayanmadan düşmənin üzərinə şığyırdılar. Bu faktlar hətta düşməni də heyrətə gətirmişdi, müharibədən sonra özləri də etiraf edirdilər. Müqayisə də çox şey deyir: 44 günlük müharibə dövründə Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Hətta yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Amma işğalçı ordunun 10 mindən çox fərarisi olub bu günlərdə! Bu mənada heç şübhə yoxdur, Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, erməni mifini, erməniçiliyi də məhv edib. Ay yarıma Ermənistan ordusu darmadağın edildi, hərbi texnikası sıradan çıxarıldı, düşmən bu günədək sayı bilinməyən canlı qüvvə itkisinə məruz qaldı. Bununla da Ermənistan daxil, bütün dünya Azərbaycanın gücünü, qüdrətini gördü. Düzdür, sonradan bir neçə dəfə düşmənin “ordu” adında tör-tpküntüləri baş qaldırmağa səy göstərdi, amma hər dəfə başından “Dəmir Yumruq”la endirdi şanlı Ordumuz, Qaragöl istiqamətində, Fərrux, Sarıbaba dağında, Göyçə-Zəngəzur istiqamətlərində...Ermənistanı qızışdırıb yenidən təxribatçı, xain addımlara vadar edənlər Azərbaycanın iradəsini qıra biləcəklərini zənn edirmişlər deyəsən, amma yenə yanıldılar! Azərbaycan Prezidenti dəfələrlə xəbərdarlığını edib, düşmən baş verənlərdən dərs çıxartmasa, daha dəhşətli tale yaşayacaq!

Zəngəzur dəhlizi açılmasa, Laçın koridoru və… - Müsahibə | No Comment

Türkiyə və Azərbaycan liderləri iki il öncə Azadlıqdakı Zəfər paradında növbəti dəfə sədaqət andı içmişdilər sanki.

Azərbaycan Prezidenti İlham Əliyev “Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır”-söyləməklə birliyimizin ƏBƏDİ olduğunu bir daha yüksək və mübarək tribunadan bəyan etdi.

Prezident Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib -  Türkiye'nin haber kaynağı

Rəcəb Tayyib Ərdoğan “Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır”deməklə, Böyük Atatürkün “Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz”-deyimini dilə gətirməklə çox mərkəzlərə ismarıc yolladı.

turk-aze.jpg (132 KB)

Bu günlərdə Türkiyə və Azərbaycanın İranla sərhəddə birgə hərbi təlim keçirməsi isə növbəti möhtəşəm hadisə oldu. Azərbaycan və Türkiyə komandosları şərti düşmənin üzərinə birgə şığıdı, hər iki ölkənin liderlərinin xeyir-duası ilə. “Qardaş Yumruğu” adlı birgə hərbi təlimlər torpaqlarımıza göz dikənlərin gözlərinə tikan kimi sancıldı. 44 günlük müharibədə Azərbaycan Ordusu tək döyüşdü, qardaş ölkələrdən mənəvi dəstək aldıq. Son hərbi təlimlərin açması həm də o demək idi ki, masada Şuşa Bəyannaməsi var, bizi hərəkətə keçməyə vadar etməyin! Diqqət edəndə şahidliyinə görə şükranlıq edirsən: qısa zaman kəsiyində bir millətin iki dövləti nə qədər uzun, tarixi və şanlı yol keçib, deyə. Torpağımıza göz dikənlər yaxşı-yaxşı düşünsünlər: “Bir Millət, iki Dövlət”in TƏK ORDUsu ilə üz-üzə gəlmək istəyən varsa, cəhənnəmə yolu açıqdır!

 

Elşad Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR