İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarova Türkiyəyə meydan oxuyur: "Ankara sazişdə tərəf deyil"


“Ankara Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatının tərəfi deyil”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözlər Rusiya Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova tərəfindən bu gün keçirdiyi brifinqdə səslənib.

Mariya Zaxarova Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın “Rusiya sülhməramlılarının 2025-ci ilə qədər Qarabağı tərk etməli olduğu” barədə bəyanatına münasibət bildirib.

Zaxarovanın sözlərinə görə, Rusiya sülhməramlı kontingenti məhz bu sənəd əsasında münaqişə zonasına yerləşdirilib və bu sənəd həm kontingentin regionda qalma müddətini, həm də onun daha beş il müddətinə mümkün uzadılmasının parametrlərini aydın şəkildə əks etdirir.

“Cənubi Qafqazda sülhün qorunması həm Azərbaycanın, həm Ermənistanın, həm də mənə elə gəlir ki, regionların, o cümlədən Türkiyənin maraqlarına uyğundur. Bu baxımdan biz Ağdam rayonunda Rusiya-Türkiyə müştərək mərkəzi çərçivəsində türkiyəli tərəfdaşlarla mühüm qarşılıqlı əlaqəni qeyd edirik”, - deyə Zaxarova bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR