İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarova: Moskva nüvə eskalasiyasını istəmir, amma hər şeyə hazırdır

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, Rusiya tərəfi nüvə eskalasiyası ilə bağlı vəziyyətin daha da pis inkişafının qarşısını almaq üçün hər şeyi edir, lakin Qərb Moskvanın qətiyyətinə şübhə etməməlidir.

Musavat.com Rusiya mediasına istinadla bildirir ki, M.Zaxarova daha sonra deyib: “Amerika strateqləri, həmçinin mütəxəssislərin dediyi kimi, hipotetik nüvə eskalasiya pillələri ilə bağlı illüziyalar içərisindədirlər. Biz hadisələrin ən pis ssenari üzrə inkişafının qarşısını almaq üçün hər şeyi edəcəyik... Amma mən qətiyyətimizə şübhə etməyi və bunu praktikada sınaqdan keçirməyi məsləhət görmürəm”.

O qeyd edib ki, Qərb dövlətləri indi “strateji riskləri azaltmaq öhdəliyi haqqında” öz bəyanatlarına zidd hərəkət edir, inadla nüvə münaqişəsinin kəskinləşməsinə doğru gedirlər.

Bundan əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev dünyada nüvə münaqişəsi təhlükəsinin keçmədiyini vurğulamışdı. O qeyd etmişdi ki, Qərbin Ukraynaya silah verməsi apokalipsisi yaxınlaşdırır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR