Onlayn ictimai-siyasi qəzet
Sabah Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının idarə heyətinin iclası keçiriləcək və idarə heyəti üzvləri ədliyyə naziri vəzifəsinə namizədlərdən birinə səs verəcəklər.
Musavat.com xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, əvvəlcə hakim qüvvə bir neçə namizədi, o cümlədən parlamentin dövlət-hüquq məsələləri üzrə komissiyasının rəhbəri Vladimir Vardanyanın, parlamentin əmək və sosial məsələlər komissiyasının rəhbəri Eriknaz Tiqranyanın, parlamentin elm, təhsil, mədəniyyət, gənclər və idman komissiyasının sədri Sisak Qabrielyanın, parlamentin dövlət-hüquq məsələləri üzrə komissiyasının sədr müavini Arusyak Culhakyanın və deputat Arpi Davoyanın namizədliklərini müzakirə edib.
Bir qədər sonra namizədlərin əksəriyyəti - Vladimir Vardanyan, Eriknaz Tiqranyan, Sisak Qabrielyan nazir olmaq istəmədikləri üçün siyahı daralıb. Nəticədə müzakirələr iki namizəd ətrafında cərəyan edib: Arusyak Culhakyan və Arpi Davoyan. Maraqlıdır ki, Davoyanın hüquq sahəsi ilə heç bir əlaqəsi yoxdur. O, ixtisasca pedaqoqdur. Ermənistan parlamentinin saytında dərc olunan məlumatlara görə, Davoyan hazırda Ermənistan Milli Elmlər Akademiyasının Beynəlxalq Elm və Təhsil Mərkəzinin Siyasi Elmlər Fakültəsində (siyasi idarəetmə və siyasi təhlil) magistratura pilləsində təhsil alır.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ