Onlayn ictimai-siyasi qəzet
Rusiya FTX-nin direktor müavini Sergey Korolyovun oğlu və qızı Boris və Anastasiya 2014-cü ildən Böyük Britaniya və İsveçrədə məktəblərdə təhsil alırlar
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Kyiv Independent” saytı məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, Korolyvun hər iki övladı Londondakı Harrow School internat məktəbində ingilis dilini öyrənib. Hazırda bu məktəbdə bir kursun qiyməti 5-15 min funt-sterlinq arasındadır.
Sayt həmçinin İsveçrədəki TASIS Amerikan məktəbinin saytında Korolyovun qızının fotoşəkillərini tapıb. Anastasiya 2016 və 2018-ci illərdə yay proqramları üçün oraya gedib. Yay proqramının qiyməti hazırda səkkiz min İsveçrə frankı (9,4 min dollar) təşkil edir.
Sergey Korolyov, Federal Təhlükəsizlik Xidməti sistemində ən perspektivli kadrlardan biridir. Hətta FTX-də onu direktor vəzifəsinə mümkün namizəd olaraq görürlər.
General Korolyov və onun yaxınlarını bahalı avtomobillərə sahib olduğu ortaya çıxıb. 2021-ci ildən Sergey Korolyovun “Porsche Cayenne”, onun Sankt-Peterburqlu qohumu Tatyana Korolyovanın isə “Porsche Panamera” və “Mercedes Benz G Klass”, oğlu Borisin “Mercedes Benz AMG G63” və “Lexus LX” avtomobilləri olduğu aşkarlanıb.
Artıq 23 yaşında (2019-cu ildə) Boris Korolyovdə Jet Air Group biznes təyyarələri ilə ölkəni gəzib. O, həmçinin Moskva yaxınlığındakı Lesnaya Buxta kəndində kottecə (260 min dollar) və 190 kvadratmetr sahəsi olan bir mənzilə sahib olub. Bundan başqa Korolyovların Moskvanın mərkəzindəki nüfuzlu "Dom na Kompozitorskoy" yaşayış kompleksində (oxşar mənzillər təxminən 100 milyon rubl və ya 1 milyon ABŞ dolları qiymətinə satılır) evi var.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ